Amfora

Amfora (yun. Αμφορέας; azərb. iki tərəfdən daşınan‎) - Qədim Yunanıstanda istifadə olunmuş əsasən gildən, bəzən də metaldan hazırlanan dar boğazlı iki qulplu antik qab. Arxeoloji qazıntılar e.ə. 2-ci minilliyin 2-ci yarısından etibarən Amforanınnın məişətdə istifadə edildiyini göstərir. Amforalar maye və yağların daşınması və saxlanması üçün, həmçinin ziyafətlərdə istifadə olunurdu.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy